
300
Qəbul nəticəmiz

6
Illik təcrübəmiz

Artıq 5 ildir ki, sizinləyik!
Edu-Support - Xaricdə təhsil və Alman dili üzrə ixtisaslaşmış mərkəzdir. 5 ildən çoxdur ki, peşəkar komanda ilə fəaliyyət göstəririk. Əsas məqsədimiz tələbələrin keyfiyyətli təhsil almaqlarına və arzuladıqları ölkələrin universitetlərinə qəbul olmaqlarına dəstək göstərməkdir. Bizi seçərək:
-
Arzuladığınız universitetə qəbul prosesi zamanı A-dan Z-yə qədər bütün məqamlarda hər zaman yanınızda olacağıq.
-
Bizə güvənə bilərsiniz, çünki xəyallarınıza çatmaq üçün ən ideal olanı sizə təqdim edəcəyik.
-
Mehriban və peşəkar komandamız qarşılaşdığınız bütün çətinliklərdə sizə daim dəstək olacaq.
-
Karyera perspektivlərinizi də düşünərək sizi düzgün istiqamətləndirəcəyik.
Our services
Are you shcoolarship?
Orta məktəbi bitirib Almaniyada təhsil almaq istəyirsən? Proses haqqında məlumatın yoxdur? O zaman Studienkolleg haqqında bilməlisən: Studienkolleg Almaniyada dövlət tərəfindən yaradılan xüsusi bir illik təhsil pilləsidir ki, burada xarici tələbələr bakalavra müraciət üçün çatışmayan bir ili əldə edə bilərlər. Studienkolleclərdə 4 kurs təklif olunur, onlardan birini seçərək sonrakı universitet təhsili sahənizi müəyyənləşdirmiş olursunuz. Daha ətraflı məlumat üçün Ödənişsiz Konsultasiya hissəsinə keçid edin.

Bakıda müraciət etmədiyim kurs və Almaniyada təhsil şirkəti qalmamışdı. Bəziləri fırıldaqçı, bəziləri məsuliyyətsiz, bəziləri də ümumiyyətlə qarantisiz iş görən şirkətlər idi. Axırda Edu-Supporta müraciət etdim. Şirkət idarəçiləri ilə söhbət edərkən belə özünüzü fərqli hiss edəcəksiniz. Hər şeyi sırası ilə və vaxtında edirlər , bir də görürsünüz ki, Almaniyadasınız. İsmayıl bəy və Edu-Support bu iş üzrə Bakıda bir nömrədir.
Mən Nürnberg şəhərində, FAU üniversitetin Master Science in Economics ixtisasında təhsil alıram. Edu-Supportla tanışlığım rəfiqələrim vasitəsi ilə olmuşdu. Belə ki, 2 rəfiqəm yenə Edu supportla Köln və Siegen universitetlərinə qəbul olmuşdu.
Məncə Edu-Supportu digər şirkətlərdən fərqləndirən ən əsas xüsusiyyəti tələbə qarşı çox səmimi və içdən davranmasıdır. Şəxsi təcrübəmdən də deyə bilərəm ki, illər də keçsə hər zaman tələbələri ilə əlaqə saxlamağa, onların problemlərinin həllində dəstək olmağa, uğurlarına sevinməyə çalışırlar. xüsusən yad ölkədə təklik hissi çəkərkən birilərinin sizə inanması və dəstək olması çox gözəl və özəl hiss elətdirir. Qız tələbələrə xüsusi həssaslıqla yanaşmaları, yataqxana məsələlərində kömək etmələri də önə çıxan özəlliklərdən biridir
Almaniyaya getməmişdən öncə Bakıda yaşayırdım və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz-mədən fakültəsində təhsil alırdım.
Almaniyada təhsil almağa qərar verərkən öz sahəm olan mühəndislik sahəsində Almaniyanın lider ölkə olmasını nəzərə aldım və seçimimi bu yöndə etdim.
Edu-Supporta müraciət etməyim də isə səbəb, facebookda səhifəni aktiv şəkildə izləyirdim və nailiyyətlərinə yaxından bələd idim və həqiqətən də gözlədiyim yüksək peşəkarlığı öz təcrübəmdə gördüm. İndi Almaniyanın ən prestijli universitetlərindən biri olan Halle-Wittenberg University-də təhsil alıram.